Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2025 13:54
Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, o, həmkarlarını və dietoloqları "daş-qalaq" edib.
Psixoloq sözlərinə belə davam edib:
"Saxtakarlıq baş alıb gedir. Son zamanlar sosial şəbəkələrdə heç ümumiyətlə ali təhsilləri olmayan, 9 sinif bitirmiş fırıldaqçılar, utanmadan özlərini psixoloq, dietoloq kimi qələmə verir. Sosial şəbəkə hesablarından istifadə edərək, xalqa özlərini mütəxəssis kimi qələmə verib, ağıl qoyub, məsləhətlər verirlər. Belə nümunələr çoxdu. Vallahi, Rusiya bazarlarının piştaxtalarında qadın alt paltarları satan satıcılar tanıyıram ki, indi özlərini psixoloq, dietoloq kimi "Tik-tok"da qələmə verib, "İnstagram"da fikir yürüdürlər. Düşünürəm ki, bu kimi fırıldaqçılar aşkarlanıb məsuliyyətə cəlb edilməlidir və ictimaiyyətə məlumat verməlidirlər".
Musa