Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2025 23:40
"Skype" platforması mayın 5-də bağlanacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytındakı məlumatda vurğulanıb.
"Siz mayın 5-dək "Skype"dan istifadəyə davam edə bilərsiniz", - şirkətdən bildirilib.
Şirkət istifadəçi hesablarının "Microsoft Teams" xidmətinə veriləcəyini dəqiqləşdirib.
Xatırladaq ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.