Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2025 18:38
"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın digər təmsilçisinin təklifini rədd edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Herta" (Berlin) kollektivindən gələn təklifə "yox" deyib. Forvardın hələlik karyerası ilə bağlı qərar vermədiyi bildirilib.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir.