Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 12:16
"Keşlə" qış fasiləsi ərəfəsində ilk transferini reallaşdırıb.
Qol.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi Feysbuk səhifəsi yayıb.
Şohruh Qadoyevin karyerasını paytaxt təmsilçisində davam etdirəcəyi bildirilir. "Keşlə" Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.
27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.
Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.