Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 12:48
“Barselona”nın futbolçusu Frenki de Yonq sabiq komandası “Ayaks”ın Çempionlar Liqasının qrupunda qalmasına məyus olub.
Qol.az xəbər verir ki, “İnter”lə ÇL-in son qrup matçından sonra (2:1) futbolçular sevinərkən Frenki digər oyunların nəticələrindən arenadakı böyük ekranda baxmaqla xəbər tutub.
Bu zaman “Ayaks”ın “Valensiya”ya məğlubiyyətini görən futbolçunun əhvalı korlanıb.
Qeyd edək ki, hollandlar son turda qələbə, heç-heçə, yaxud “Çelsi”nin xal itkisi də qane edirdi. Amma bunlardan heç biri olmayıb və Amsterdam təmsilçisi qrupu üçüncü pillədə başa vurub. Onlar bundan sonra mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.