Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq - Tural Gəncəliyev

Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq - Tural Gəncəliyev

Tarix: 11 Dekabr 2019 12:58

Bakı. Samir Əli - Trend:

Biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.
O bildirib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur:

"Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların foratının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq Tural Gəncəliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ