Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2025 00:15
ABŞ-li aktrisa Sidni Svini çimdiyi sudan hazırlanan sabun satışı ilə gündəmə gəlib.
O, "Dr. Squatch" markası ilə birlikdə təqdim etdiyi "Bathwater Bliss" adlı sabunlarda öz hamam suyundan istifadə etdiyini açıqlayıb.
Məhdud sayda, cəmi 5000 ədəd istehsal olunan sabunlar satışa çıxarıldıqdan bir neçə saniyə sonra tükənib. Aktrisa bu məhsulla bağlı deyib ki, fanatları çimdiyi suyu istədikdə, buna qeyri-adi cavab vermək istəmiş və bu fikri "zarafatla ciddi arasında bir yer" adlandırıb.
Sabunun tərkibində Sviniyə məxsus çimmə suyundan az miqdarda əlavə olunduğu və məhsulun üzərində bunun təsdiqi olan sertifikatın olduğu bildirilir. Sabun ağac və torf qoxularına malikdir.
Sosial mediada bəziləri bu addımı qəribə, digərləri isə ağıllı marketinq addımı kimi qiymətləndirib. Svini isə tənqidlərə baxmayaraq, bu kampaniyanın həm əyləncəli, həm də uğurlu olduğunu deyib.
Aktrisanın bu təşəbbüsü geniş rezonans doğurub və qısa müddətdə ən çox danışılan mövzularından birinə çevrilib.