Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2025 16:00
Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtsin yeni klubu bəlli olub.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, "Bayer Leverkuzen"in ulduzu İngiltərə nəhəngi "Liverpul"da forma geyinəcək.
Futbolçunun keçidi ingilislərə 150 milyon avroya başa gələcək.
Bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Tezliklə 22 yaşlı oyunçu tibbi müayinədən keçərək müqavilə imzalayacaq.
Qeyd edək ki, Virts ötən mövsüm klubunun heyətində 45 oyunda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseyn