Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı

Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı

Tarix: 12 Iyun 2025 20:05

Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərən həyat Yusif İsmayılovdan danışıb. 

Sonxeber.net xəbər verir ki, "Elgizlə izlə" verilişinə gələn aktrisa rəsmi boşandıqlarını açıqlayıb. O, bildirib ki, artıq onu bağışlamağı düşünmür:

"3 il əvvəl rəsmi boşandıq. Amma gəlib gedirdi. 9 ilimi sərf etdim. Çoxları qınadı ki, qadın şiddətə məruz qala-qala 9 il dözüb. Tənhalıqdan qorxan adamam. Dəhşətli bir şey idi. Bəzən deyirlər qadın dözmür, ailəsini dağıdır. İkinci evliliyim idi. Düşünürdüm ki, insanlar deyəcək getdi yenə ayrıldı. Həmişə şəxsi həyatımız gündəmdə olur. Düşünürdüm ki, bəlkə düzələr, yaxşı olar. Bu ümidlə yaşayırdım. İnsanın qulaq yoldaşına ehtiyacı var. Sevdim, ailə qurdum, 2 il sonra sevgi məhv oldu. Bəzi məsələlərə görə dözdüm. Mənə deyirdi ki, sənsiz dünyam qaralır. Mənim kimi qadını itirdiyi üçün uduzdu".

N.Allahverdiyeva keçmiş həyat yoldaşının başqa qadınla ailəli olması məsələlərinə münasibət bildirib: 

"Kiminsə ailəsi ola-ola həyatına müdaxilə etmərəm. Çünki anamın evlilik həyatını məhv ediblər. 5 il öncə ayrılmışdı. Gedib anasından soruşdum ki, ayrılıb? Ona görə evlilik təklifini qəbul etdim. Birinin bədbəxtçiliyi üstünə xoşbəxtlik qurmaq olmaz".

Aktrisa "Birinci xanımına qayıda bilər" sualına "Nə gözəl qayıda, sevinərəm. Amma həyat yoldaşı onu qəbul etmir. Gözəl xanımdır. Gözəl də övladları var. Oğlunu tanıyırdım, yaxşı övladları var. Bəzən öz övladlarına soyuq yanaşanda ona deyirdim etmə, problemləri ilə maraqlan. Oğlunun 25 yaşı var, bizə gəlib gedirdi" cavabını verib.

Qeyd edək ki, Y.İsmayılov N.Allahverdiyevanı döydüyü üçün həbs edilib.   (Axşam.az)

 


Etiketlər:  Naibə Allahverdiyeva ərinin biri ailəsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ