Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real Madrid'' ''Messi'' üçün 63 milyon avro ÖDƏDİ

''Real Madrid'' ''Messi'' üçün 63 milyon avro ÖDƏDİ

Tarix: 14 Iyun 2025 12:28

"River Pleyt" klubu öz rəsmi saytında Franko Mastantuononun "Real Madrid"ə keçidini açıqlayıb.

Sonxeber.net bildirir ki, bu barədə Argentina klubunun Mətbuat Xidməti yazıb.

Qeyd olunub ki, kral klubu "yeni Messi" adlandırılan 17 yaşlı futbolçunu Argentina klubu ilə müqavilə müddəti bitmədən satın alıb.

İyulun 13-də başa çatacaq klublararası dünya çempionatından sonra futbolçu İspaniya klubuna keçəcək. Transfer qiyməti 63,2 milyon avro təşkil edib. Onunla müqavilə 6 illik müddətə bağlanıb.

Xatırladaq ki, Mastantuono "River Pleyt"də 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. /Oxu.Az


Etiketlər:  Real Madrid Messi üçün milyon avro ÖDƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ