Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 16:20
AFFA “Qəbələ”nin qapıçısı Anar Nəzirova sərt cəza tətbiq edib.
Qol.az xəbər verir ki, qurumun İntizam Komitəsi ona dörd oyunluq cəza verib. AFFA-nın saytında açıqlanan qərarda deyilir:
“Premyer Liqanın XIV turunun “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunur. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək”.
Bundan başqa, oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
İntizam Komitəsi həmçininin “Keşlə”nin futbolçusu Flores Franco Valentinə 1 oyunluq cəza verib. Bunaa onun Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Kəpəz”ə qarşı matçın 45+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.