Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN: Aİ Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır

Türkiyə XİN: Aİ Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır

Tarix: 11 Dekabr 2019 17:20

Bakı. Rufiz Hafizoğlu - Trend:

Avropa İttifaqı (Aİ) Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-nin Türkiyə ilə Liviya arasında imzalanan sazişlə bağlı narazılığını şərh edərkən deyib.

Nazir bildirib ki, Türkiyə və Aİ əməkdaşlıq etməli və münasibətləri möhkəmləndirməlidir:

“Türkiyə, əvvəllər olduğu kimi, problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır”.

Qeyd edək ki, Ərdoğan və ölkənin müəyyən hissəsinə nəzarət edən Milli Birlik Hökumətinin rəhbəri Fayez Sarrac noyabrın sonunda hərbi sahədə əməkdaşlıq və dəniz zonaları haqqında qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə XİN Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ