Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2025 21:44
"Qarabağ" klubunun iyunun 18-dən başlayan Bakıdakı toplanışı çərçivəsində "Azərsun Arena"dakı təlim-məşq toplanışı davam edir.
Sonxeber.net xəbər verir ki, Ağdam təmsilçisinin qolkiperi Şahruddin Məhəmmədəliyev məşqdə baxımlı qol vurub. 31 yaşlı futbolçu "Trivela" (ayağının çölü ilə topu fırtlatma) zərbəsi ilə topu qapıya göndərib. Qapıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri iyunun 30-da "Zirə" ilə yoxlama matçına çıxacaq. İyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" hazırlığını Avstriyada davam etdirəcək.
Qolun videosunu təqdim edirik: (Offsideplus.az)