Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES-ə atılan raketin düşdüyü əraziyə baxıb - FOTO

Prezident Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES-ə atılan raketin düşdüyü əraziyə baxıb - FOTO

Tarix: 24 Iyun 2025 16:18

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Daha sonra Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxdılar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik "Smerç" reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.


Etiketlər:  Prezident Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycan İES atılan raketin düşdüyü əraziyə baxıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ