Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2025 13:00
Şəbnəm Tovuzlu onu "dollar yağışı"na tutan narkotaciri TANIYIR? - AÇIQLAMA
Müğənni Şəbnəm Tovuzlu Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulub və sözügedən görüntülər gündəm olub. Lakin çox keçmədən məlum olub ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan Ofeliya adlı şəxs və "Luka" ləqəbli oğlu narkotik alverçiləri imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.
Şəbnəm Tovuzlunun prodüseri Şahanə İsmayılova məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O qeyd edib ki, həmin şəxslərin haqqında məlumatlı olmayıblar:
"Şəbnəm xanım ay ərzində onlarla belə toyda iştirak edir. "Pul yağışı"na da tuturlar, necə lazımdırsa, hörmət də edirlər. Toyuna getdiyimiz heç bir ailəni öncədən analizdən keçirmirik ki, görək bunlar hansı işlə məşğuldurlar?! Bu fikirlər Şəbnəm xanımın da fikirləridir, gecə bu barədə bir yerdə söhbət edirdik".
Qeyd edək ki, sözügedən mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.
---------------
2025.06.25
Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulması ilə bağlı görüntülər yayılıb.
Sonxeber.net Gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan həmin ailə, Ofeliya və "Luka" ləqəbli oğlu narkotik alverçisi imiş.
Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.
Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.
Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.
Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.
Həmin görüntüləri təqdim edirik: