Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2025 17:10
Almaniyanın tanınmış "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi olan "Kayzerslautern"ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.
Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.
Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümü "Nürnberq"də keçirmişdi.