Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2025 20:44
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu "Kayzerslauter"in (Almaniya) heyətində ilk matçına çıxıb.
Sonxeber.net xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun "Saar" klubuna qarşı yoxlama oyununda əsas heyətdə yer alıb.
O, 43-cü dəqiqədə komandasının 5-ci qolunu vurub.
Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə "Kayzerslauter"in xeyrinə başa çatıb.
Qeyd edək ki, bu, "Kayzerslautern"in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.