Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Tolik barədə QƏRAR VERDİ

Məhkəmə Tolik barədə QƏRAR VERDİ

Tarix: 10 Iyul 2025 14:50

Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.

Bu gün keçirilən iclasda məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansı hüququ pozulmayıb.


Etiketlər:  Məhkəmə Tolik barədə QƏRAR VERDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ