Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Niderland nəhəngi ilə bir gündə 2 dəfə oynayacaq

''Qarabağ'' Niderland nəhəngi ilə bir gündə 2 dəfə oynayacaq

Tarix: 11 Iyul 2025 10:30

Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyada keçirilən təlim-məşq toplanışında daha bir rəqibi ilə üz-üzə gələcək.

Sonxeber.net xəbər verir ki, "köhlən atlar" Niderland təmsilçisi "Tvente" ilə eyni gündə iki görüşə çıxacaq.

Qarşılaşmalardan biri Bakı vaxtı ilə saat 17:00-da, digəri isə 19:15-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" daha öncə "Metalist" klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı təlim məşq toplanışının sonuncu yoldaşlıq matçında "Zalsburq" klubu ilə üz-üzə gələcək. Həmin oyun isə iyul ayının 15-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Komandamızın təlim-məşq toplanışı isə iyul ayının 16-da başa çatacaq.


Etiketlər:  Qarabağ Niderland nəhəngi ilə gündə dəfə oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ