Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2025 11:30
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinqini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, siyahıda Azərbaycanın dörd təmsilçisi yer alıb.
12 pillə geriləyən "Qarabağ" 137.25 xalla 131-ci sıradadır. 232-ci olan "Zirə"nin (95,75) mövqeyi dəyişməz qalıb.
Dörd pillə irəliləyən "Sabah" (76) 313-cüdür. "Araz-Naxçıvan" (61.25) isə 439-cu ola bilib. Naxçıvan təmsilçisi 7 pillə irəliləyib.