Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ən bahalı mənzillər bu rayonlardadır - VİDEO

Bakıda ən bahalı mənzillər bu rayonlardadır - VİDEO

Tarix: 27 Iyul 2025 08:48

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub.

Köhnə tikili mənzillər isə 12,2 % bahalaşıb.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc deyib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Vüqar Oruc deyib ki, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,5 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.

Ekspert deyir ki, hazırda ən bahalı daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən baha satışa çıxarıldığı rayonlar isə Səbail, Yasamal, Nəsimidir.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Etiketlər:  Bakıda bahalı mənzillər rayonlardadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ