Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolda inqilabi dəyişiklik: La Liqaya yeni qayda gəlir

Futbolda inqilabi dəyişiklik: La Liqaya yeni qayda gəlir

Tarix: 28 Iyul 2025 22:26

İspaniya La Liqasında 2025-26 mövsümündən etibarən yeni qayda tətbiq olunacaq. 

Sonxeber.net xəbər verir ki, İspaniya Hakimlər Komitəsi La Liqada inqilabi dəyişikliklər edəcək. Növbəti mövsümdən etibarən baş məşqçilər oyunda 2 dəfə VAR-a müraciət tələb edə biləcək. Bu barədə COPE məlumat yayıb. Baş məşqçinin etirazı doğru olarsa, o zaman onun 2 dəfə müraciət etmə haqqı olduğu kimi qalacaq.

Bu qərarın "Real Madrid" klubunun televiziyasında hakimlərin sərt tənqid edilməsindən sonra verildiyi bildirilir. 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA bu qaydaya yaşıl işıq verib. Tezliklə Avropanın top liqalarında da baş məşqçinin VAR-a müraciət tələbi tətbiq ediləcək.

 


Etiketlər:  Futbolda inqilabi dəyişiklik Liqaya yeni qayda gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ