Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq

Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq

Tarix: 30 Iyul 2025 11:10

Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın mühakiməsi başa çatıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tülin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

Bu əməlinə görə Tülinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tülinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.


Etiketlər:  Tülin yumruğa görə cəzalandırıldı Elektron qolbaq taxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ