Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2025 18:27
Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.
Sonxeber.net xəbər verir ki, ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb. Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.
Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər. Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.
Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər.
Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb.