Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2025 16:34
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Sonxeber.net xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılıb.
Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.