Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Qarabağ'' ''Şkendiya'' ilə cavab oyununa çıxır

Çempionlar Liqası: ''Qarabağ'' ''Şkendiya'' ilə cavab oyununa çıxır

Tarix: 12 Avqust 2025 09:42

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

Sonxeber.net xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.

Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.


Etiketlər:  Çempionlar Liqası Qarabağ Şkendiya ilə cavab oyununa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ