Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 03:40
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranda metalların hasilatı və istehsalına dair sanksiyalar barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, fərman Ağ Ev tərəfindən yayılıb.
Fərmana əsasən, ABŞ-ın yeni sanksiyaları İdanda dəmir, polad, alüminium və misə aid olunacaq.
Qadağalar İranda metal satışını təşkil edənlərlə yanaşı, istehsalçılar və sahibkarlara qarşı yönəlib. Onların ABŞ yurisdiksiyasında olan aktivləri amerikan Maliyyə Nazirliyi tərəfindən bloklaşdırıla bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin