Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 11:36
Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndə heyəti — şöbə müdiri Sərraf Hüseynov və Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin Hunan əyalətinin - Çanşa şəhərinin inzibati mərkəzində Çin dilinin tədrisi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib.
Çin Təhsil Nazirliyinin Xaricdə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası tərəfindən təşkil edilən konfransda 160-dan çox ölkədən 1000-dən çox Çin və xarici nümayəndələr, həmçinin, Çin dili müəllimləri Ümumdünya Assosiasiyasının rəhbərliyinin iştirakı ilə konfransda iştirak edib. Konfransın açılış mərasimində çıxış edən Çin Dövlət Şurasının Baş nazirinin müavini xanım Sun Çunlan, təhsil nazirinin müavini Tin Syuedyun "Bir kəmər-bir yol" layihəsinin həyata keçirilməsində iştirakçı ölkələrin sivilizasiyalararası mübadiləsi çərçivəsində Çin dili və mədəniyyətinin yayılmasında Konfutsi İnstitutlarının mühüm rol oynadığını qeyd ediblər.
Konfransın ayrı-ayrı bölmələrində və seminarlarında beynəlxalq Çin təhsilinin siyasəti, Konfutsi İnstitutlarının innovativ inkişafı, yeni tədris planlarının, təhsil standartlarının istifadəsi, "Çin dili körpüsü" proqramlarının irəlilədilməsi, ixtisaslı Çin dili müəllimlərinin hazırlanması da daxil olmaqla Çin dilinin tədrisi problemləri müzakirə edilib. "Çin və xarici ölkələr arasında mədəni mübadilə" seksiyasının iclasında iştirak edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov "Bir kəmər, bir yol" qlobal Çin layihəsinin həyata keçirilməsi sahəsində aparılan tədqiqatlarda ADU Konfutsi İnstitutunun elmi və təhsil fəaliyyətindən danışıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin