Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov

Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov

Tarix: 13 Dekabr 2019 13:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Nəinki fiziki zorakılığa məruz qalanlar, eyni zamanda mənəvi zorakılığa məruz qalan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu gün qanunvericilikdə fiziki zorakılığa məruz qalanlara hüquqi yardımın göstərilməsi üzrə ödəniş nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəzi hallarda zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardım göstərilir:

"Ən böyük problem odur ki, mənəvi zorakılığa məruz qalmış şəxslərə hüquqi yardımın göstərilməsi üzrə ödəniş həyata keçirilmir. Hesab edirik ki, gələcəkdə qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir. Fiziki zorakılıqla yanaşı, mənəvi zorakılığa məruz qalan zərərçəkmiş şəxslərə də dövlət hesabına hüquqi yardım göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır. Ümid edirəm ki, bununla bağlı birgə təkliflər hazırlanacaq və tərəfimizdən aidiyyəti qurumlara təqdim olunacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır Anar Bağırov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ