Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)

3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)

Tarix: 14 Dekabr 2019 18:57

Bakı. Trend:

Bakıda 3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb. Bu barədə Trend FHN-ə istinadən xəbər verir.

XXX

Bakı. Ceyhun Ələkbərov - Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

X X X

Bakıda yanğın baş verib.

Trend-in məlumatəna görə, hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

Yanğın adıçəkilən ərazidə ərzaq mağazalarının birində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  mikrorayon bazarında baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ