Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 23:04
Bakı. Trend:
Nigeriyada Boko Haram silahlıları Borno ştatında Maqumeri şəhərinə hücum edərək 15 nəfəri öldürüblər.
Trend-in məlumatına görə, bunu Nigeriyanın milli parlamentindəki Borno əyalətindən olan deputat Usman Zanna deyib.
Dekabrın 12-də axşam yaraqlılar 11 avtomobildə Maqumeriyə gəlib. Döyüşdə 8 yerli özünü müdafiə dəstəsinin üzvü, bir təhlükəsizlik işçisi və altı mülki şəxs öldürülüb.
Qeyd edək ki BMT-nin məlumatında Nigeriyada terror təşkilatı Boko Haram tərəfindən son 10 ildə 35 min adam öldürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin