Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarda kütləvi zəhərlənmənin TƏFƏRRÜATI məlum oldu - YENİLƏNİB

Qusarda kütləvi zəhərlənmənin TƏFƏRRÜATI məlum oldu - YENİLƏNİB

Tarix: 16 Dekabr 2019 11:26

11:25

Qusar rayonunda kütləvi zəhərlənmə baş verib.

Qusar Rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya zəhərlənmə ilə bağlı bir gündə 11 nəfər müraciət edib. Onlardan 8 nəfərdə zəhərlənmə əlamətləri müşahidə olunub.

Məlumata görə, zəhərlənmə kənd ərazisində bitkilərin zərərvericilərə qarşı dərmanlanması nəticəsində baş verib. Dərmanlanmış göyərtidən hazırlanan qutabı yeyən bir ailənin səkkiz üzvü zəhərlənib. Digər ailə isə "Rollton" quru supundan zəhərlənməsi ehtimalı ilə xəstəxanaya gətirilsə də, həmin şəxslərdə əsasən infeksiya əlamətləri müşahidə edilib. Hər iki ailə müayinələrdən sonra evə buraxılıb.

Qeyd edək ki, dekabrın 15-i gecə saatlarında 11 nəfərlik iki ailə zəhərlənmə ilə müraciət edib. Onlarda 5 nəfər uşaq olmaqla, bir ailənin səkkiz üzvü, 3 nəfərlik isə digər ailə qidadan zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

---------

10:57

Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri - 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar - 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.

Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qusarda kütləvi zəhərlənmənin TƏFƏRRÜATI məlum oldu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ