Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:06
41 yaşlı qadın kosmetoloq səriştəsizliyinin qurbanı olub.
Sonxeber.net haberler-ə istinadla xəbər verir ki, Antalyada yaşayan 41 yaşlı Songül Uzunoğlu adlı qadın gözaltındakı qırışları yox etmək üçün kosmetoloqa müraciət edib.
Qadının qarnından götürülən piy onun yanaqlarına və alt dodağına dolğu formasında əlavə edilib. Lakin, kosmetoloqun bacarıqsızlığı nəticəsində bir müddət sonra qadının dodaqları çürüməyə başlayıb, ağzının içində yaralar əmələ gəlib.
Ümumilikdə, 4 əməliyyat üçün 7 min 500 lirə xərcləyən qadın saxtakarlıqla bağlı Türkiyənin Səhiyyə Nazirliyinə müraciət edib. O, günahkarların cəzalandırılmasını istəyir.