Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda Türkiyədən olan ailə yol qəzasına düşdü, 6 nəfər xəstəxanada

Ağdaşda Türkiyədən olan ailə yol qəzasına düşdü, 6 nəfər xəstəxanada

Tarix: 16 Dekabr 2019 18:40

Azərbaycanda əcnəbi ailə yol qəzasına düşüb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ağdaş-Ləki-Kotavan yolunda baş verib.

Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Birgül Erdal Halilibrahim oğlu idarə etdiyi "Mirsubitshi" markalı H 028309 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Birgül Rəna Qorxmaz qızı, 2009-cu il təvəllüdlü Birgül Xəlil Erdal oğlu, 2014-cü il təvəllüdlü Birgül Ömər Erdal oğlu, 2019-cu il təvəllüdlü Birgül Məryəm Erdal qızı və 1998-ci il təvəllüdlü Tahirov Röyal Qorxmaz oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ağdaşda Türkiyədən olan ailə qəzasına düşdü nəfər xəstəxanada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ