Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 11:56
Bakı. Samir Əli - Trend:
Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıb.
Trend-in məlumatlna görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6,2% təşkil edib, həmçinin aqrar məhsulların Azərbaycandan ixracı ötən ilin müvafiq dövrü ilə əsaslı formada artıb:
"Hesab edirik ki, bu göstəricilər ilin sonunadək artacaq. Bu göstəricilər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düzgün dövlət siyasətinin nəticəsi sayıla bilər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin