Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 13:56
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq:
“Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yollarından nümayəndələr iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu, yeni marşrut xətti ola bilər”
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin