Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 18:05
Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 8-də baş tutacaq gecə qeyri-müəyyən vaxtadək uzadılıb.
Birinci tur səsvermənin 8 oktyabr, ikincinin isə 12 noyabrda bitdiyi tədbirin təxirə salınma səbəbi barədə açıqlama verilməyib. İddia olunur ki, Türkiyənin məşhur aparıcıları Didem Arslan Yılmaz (Habertürk TV), İrfan Değirmenci (Halk TV) və Fatih Portakal ( Fox TV) "Kelebek"i boykot etdiyi üçün təşkilatçılar belə addım atıb.
Onlar bir müddət bundan əvvəl sosial şəbəkə hesablarında status yazaraq namizədliklərinin geri götürülməsini istəyiblər. Xəbər aparıcıları mükafatların öncədən bəlli olduğunu, süni şounun içində olmaq istəmədiklərini bildiriblər.