Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bölgələrdə liseylərin açılması davam etdiriləcək - Şöbə müdiri

Bölgələrdə liseylərin açılması davam etdiriləcək - Şöbə müdiri

Tarix: 17 Dekabr 2019 18:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzən bölgədəki valideynlər uşaqlarının liseydə oxuması üçün Bakıya gəlməsinə razılıq vermirlər. Bu səbəbdən bu tip məktəblərin bölgələrdə də açılması faydalı olar. Artıq bu tip məktəblərin bölgələrdə açılmasına başlanılıb və proses davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin əmrinə müvafiq olaraq, xüsusi istedadlı uşaqlar üçün məktəblərdə xüsusi siniflər yaradılıb. VII siniflər üçün riyaziyyat, informatika istiqaməti, VIII siniflər üçün təbiət elmləri istiqaməti üzrə siniflər yaradılıb.

F.Qarayev əlavə edib ki, hazırda Azərbaycanın 47 rayonunda 112 məktəbdə 167 belə sinif yaradılıb: "Həmin sinfə xüsusi tədris planı əsasında, daha dərinləşmiş şəkildə dərs keçirlər. Bundan əlavə Gəncə, Şəki, Quba, Şirvanda Bakıda yerləşən Fizika-Riyaziyyat və İnformatika təmayüllü və Kimya-biologiya təmayüllü respublika liseyinin lisey sinifləri və ya filialları yaradılır. Gələcəkdə bu tip məktəblərin sayının və onların coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bölgələrdə liseylərin açılması davam etdiriləcək Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ