Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 nəfərin öldüyü qəzanı qeyri-qanuni işləyən sürücü törədib - YENİLƏNİB - 2 ölü, 5 yaralı

2 nəfərin öldüyü qəzanı qeyri-qanuni işləyən sürücü törədib - YENİLƏNİB - 2 ölü, 5 yaralı

Tarix: 18 Dekabr 2019 13:30

13:27

Ələt yolundakı qəza qeyri-qanuni yolla sərnişin daşıyan "Sprinter"in iştirakı ilə baş verib. 

Bu barədə "Qafqazinfo"ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 

"Həmin nəqliyyat vasitəsi agentliyin tabeliyində deyil. Daşıyıcı qeyri-qanuni bazardan Ələt istiqamətinə sərnişin daşıyan "Sprinter" markalı mikroavtobusdur. 

Təəssüflər olsun ki, dəfələrlə vətəndaşlara xəbərdarlığımıza baxmayaraq bu işbazların fərqlənmə nişanı almadan qeyri-qanuni fəaliyyət göstərdiyi xidmətdən istifadə edirlər".

Qeyd edək ki, sözügedən qəzada 2 nəfər ölüb, 5-i yaralanıb.  

---------

12:23

Bakı-Ələt yolunda qəzaya uğrayan mikroavtobus Qazax-Bakı marşrutu olub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Qazax rayonundan start götürən "Mercedes Vito" markalı miroavtobus Qazax rayon Mərkəzi Avtovağzalından çıxaraq Sədərək Ticarət Mərkəzinin avtovağzalına gəlirmiş. Avtomobil Ələt qəsəbəsi ərazisində idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Səhiyə Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən qəza nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.


Etiketlər:  nəfərin öldüyü qəzanı qeyri qanuni işləyən sürücü törədib YENİLƏNİB ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ