Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 13:44
Bakı. Trend:
Şirniyyatlar arasında karamellər kiçikdən böyüyə bütün yaş təbəqələri tərəfindən yüksək alıcı tələbatı ilə seçilir.
Bəs karamellər necə hazırlanır, neçə növü var? Bu kimi suallarımızı Ulduz şokolad fabrikinin mütəxəssisi ətraflı şəkildə cavablandırıb.
Karamel – fransız dilində “caramel”, latın dilində isə “cannamella” sözündən olub “şəkər qamışı” mənasındadır.
Şəkər və patkadan hazırlanan ətirli, rəngli konfet növü olan karamellər qənnadı müəssisələrində əsasən 2 növdə hazırlanır: sərt və dolğulu. Bunlarda öz növbəsində qat-qat, nabatşəkilli, müalicəvi, şokolad və ya qənnadı mina ilə minalanmış, südlü, meyvəli və s çeşidlərinə ayrılır.
İstehsal prosesindən asılı olaraq karamellərin saxlanma müddəti 9 aydan 12 ay müddətinə qədər müəyyən edilib.
Sevərək istehlak etdiyimiz karamellər hazırlanması üçün aşağıdakı texnoloji mərhələlərdən keçməlidir:
karamel şərbətlərinin hazırlanması, karamel kütləsinin alınması, içliklərin hazırlanması, formalaşdırma, soyutma, karamel səthinin qorunması, bükmə və sonda qablaşdırma.
Ölkəmizdə də bazar tələbatını nəzərə alaraq qənnadı məmulatlarının çeşidlərinin genişləndirilməsi üçün yeni texnologiyaların işlənib tətbiq olunmasına böyük diqqət yetirilir.
Qeyd edək ki, hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən “Ulduz” Şokolad Fabriki bir-birindən dadlı karamel məhsullarının müxtəlif növlərini yeniləyib və daha ləzzətli, gözəl görünüşlü Ulduz Karamel Çeşidi Ailəsini yaratmışdır. İndi isə böyük məmnuniyyətlə istehlakçılarına milli brendimiz dolğulu karamel və qat-qat karamel çeşidlərini təqdim edir.
Təravətləndirici və limon dadlı “Zima Xoloda”, kofe dadlı “Coffone” və fındıq dadlı “Centro” adlı qat-qat karamelləri, dolğusunda təbii meyvə püresi olan Ritm Lemon, Ritm Cherry və Ritm Plum adlı karamellərini istənilən satış nöqtələrindən əldə edərək nuş edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin