Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəyyən edilən qiymətlər yüksək deyil - Məleykə Abbaszadə

Müəyyən edilən qiymətlər yüksək deyil - Məleykə Abbaszadə

Tarix: 18 Dekabr 2019 16:50

"Azərbaycanda qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər o qədər də yüksək deyil".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər bir məzunun qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansı var:

"Həmin imtahanın haqqı dövlət büdcəsinin hesabına ödənilir. Qəbul imtahanlarında ilk dəfə iştirak edən hər bir məzun imtahanlara pulsuz qatılır. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər imtahanda iştirak üçün rüsum ödəyirlər. Yeni imtahanları və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandı. Özbəkistanda bu qiymətlər orta əməkhaqqının yarısını təşkil edir".


Etiketlər:  Müəyyən edilən qiymətlər yüksək deyil Məleykə Abbaszadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ