Tarix: 10 May 2019 13:48
AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib. Qol.a xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən "TASS" agentliyinə məlumat verilib.
Məlumatda UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsinın standart qayda olduğu bildirilib.
Qeyd olunub ki, AFFA UEFA ilə "Arsenal"ın təsdiq tələbinə müsbət cavab verdib və futbolçu üçün heç bir problem olmayacağına, təhlükəsizlik üçün lazımi tədbirlər görüləcəyinə təminat verib.
Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.