Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pambıq qəbulu məntəqələrinə bu günədək 295 min tonadək məhsul təhvil verilib

Pambıq qəbulu məntəqələrinə bu günədək 295 min tonadək məhsul təhvil verilib

Tarix: 18 Dekabr 2019 22:40

Bakı. Samir Əli - Trend:

Dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 294 min 546 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Keçən il dekabrın 18-dək 228 min ton pambıq tədarük olunmuşdu.

Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90 faizi kombaynlar vasitəsilə yığılıb.

Qeyd edək ki, bu il Azərbaycanda 100 min 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) və İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pambıq qəbulu məntəqələrinə günədək tonadək məhsul təhvil verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ