Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişanı qayıtmış qız özü ilə evləndi

Nişanı qayıtmış qız özü ilə evləndi

Tarix: 18 Dekabr 2019 23:26

Amerikalı qadın toy günündən bir müddət əvvəl nişanlısı ilə ayrıldığı üçün özü ilə evlənib. 1 il yarımlıq münasibətləri oğlanın ayrılmaq istəməsi ilə alt-üst olub.

Sonxeber.net xəbər verir ki, Sandra Blanko adlı gənc qadın və nişanlısı 2017-ci ilin noyabrında nişanlanıblar. 6 həftə əvvəl Las-Veqasda evlənəcək olan cütlüyün evlilik qərarı oğlanın nişanı qaytarmasına görə pozulub.

Belə ki, Sandra toy edəcəyi zalın pulunu geri istəyib, lakin mümkün olmayınca tək başına toy etmək qərarına gəlib. Nigah bağlayan keşişin isə Elvis Presli kimi geyinməsini istəyib. Gəlinin tək toy etməsinə baxmayaraq, ən yaxın dostu ilə anlaşaraq onu bəy kostyumunda toya dəvət edib. Toydan sonra açıqlama verən gəlin bildirib ki, nişanlısından ayrıldığı üçün derpressiyaya düşməmək üçün belə edib. (ölkə.az)


Etiketlər:  Nişanı qayıtmış qız özü ilə evləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ