Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 12:58
Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko Rusiya mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibə zamanı Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə məğlubiyyətin səbəbi barədə sualı belə cavablandırıb: "Bu mövsüm avrokuboklara hazır deyildik. Hazırlaşmağa vaxtımız olmadı. Çünki cəmi üç həftəmiz var idi. Üstəlik, təzyiqlərin öhdəsindən də gələ bilmədik. "Neftçi" ilə oyunlar öncəsi çox söz-söhbət oldu. Hamıda uğursuzluqlar olur. Bunları yaşayan birinci deyilik, sonuncu da olmayacağıq".
Qeyd edək ki,"Neftçi" səfərdə "Arsenal"a 1:0, evdə isə 3:0 hesabı ilə qalib gəlmişdi.