Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını uzatmağa səy göstərir

Ekspert: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını uzatmağa səy göstərir

Tarix: 10 May 2019 16:16

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını uzatmaq üçün səy göstərir.

Trend-in məlumatına görə, bunu "Azernews" qəzetinə müsahibəsində amerikalı jurnalist, Montana Universitetinin professoru Tomas Qolts deyib.

O qeyd edib ki, Ermənistan hökumətinin danışıqlar prosesinə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmş qanunsuz rejimin “nümayəndələri”ni əlavə etmək cəhdi münaqişənin nizamlanmasının uzadılması taktikasıdır.

T.Qolts deyib ki, Levon Ter-Petrosyandan başlayaraq Nikol Paşinyanadək Ermənistan liderləri separatçı rejimi danışıqlar prosesinə qatmağa cəhd edib.

Ermənistanın müdafiə naziri David Tonoyanın döyüş əməliyyatlarının Azərbaycan ərazisinə keçirilməsi ilə bağlı açıqlamalarını şərh edən ekspert deyib ki, Azərbaycanda istənilən ölkənin naziri, xüsusilə də müdafiə nazirinin açıqlamalarına ciddi yanaşılmalıdır.

T.Qolts Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın əvvəlki hökumətləri ilə N.Paşinyanın komandası arasındakı fikir ayrılıqları ilə bağlı münasibət bildirməyib və “gözləyib baxmağa” üstünlük verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekspert Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını uzatmağa səy göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ