Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 15:00
Bakı. Samir Əli - Trend:
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzanın olması barədə Təcili Tibbi Yardıma saat 13:47-də məlumat daxil olub:
"Hadisə yerinə Təcili Yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca, xəbər veriləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin