Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 15:50
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir.
Trend-in məlumatına görə, bunu Ümümdünya Səhiyyə Təşkilatının Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri -infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru Ivo Rakovac deyib.
Onun sözlərinə görə, siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir:
"Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi çox narahat edir. Son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı sayda böyük dəyişiklik olmayıb. Amma bir çox Avropa ölkələrində siqaret çəkənlərin sayında azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik".
ÜST rəsmisi hesab edir ki, Azərbaycanda alkaqol istehlakı böyük problem hesab olunmur.
Onun sözlərinə görə, 2017-ci ildə alkaqol istehlakı göstəricisi 2011-ci illə müqayisədə hətta bir qədər azalıb.
I.Rakovac Azərbaycanda meyvə-tərvəz istehlakının da çox aşağı olduğunu bildirib: "Sorğunun nəticələrinə görə, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərvəz yemir. Bu da xüsusi narahatlıq yaradır. Nəzərə almalıyıq ki, meyvə -tərvəz bizim sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda meyvə-tərvəz Azərbaycanda çox geniş yayılıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin