Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarət və soyğunçuluqda günahlandırılan azərbaycanlılara hökm oxundu

Qarət və soyğunçuluqda günahlandırılan azərbaycanlılara hökm oxundu

Tarix: 19 Dekabr 2019 16:46

Rusiyanın Fruzenski rayon məhkəməsində azərbaycanlılara hökm oxunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Nəbi Kərəm oğlu Süleymanov və Anar İsaq oğlu Cəbrayılov 2018-ci ildə yoldan keçən adamı döyüb, onun 65 min rubl (1,768 AZN) məbləğində pulunu alaraq əmlakını müsadirə ediblər.

Məlumatda bildirilir ki, onlar qurbanlarının boynundan tutaraq onu parka tərəf sürüyüb və döyüblər. Daha sonra pulunu alıb qaçıblar.

Bundan əlavə, onlar Sankt-Peterburq sakinindən də 73,5 min rubl (təxminən 2000 AZN) oğurlayıblar.


Etiketlər:  Qarət soyğunçuluqda günahlandırılan azərbaycanlılara hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ