Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir, bu, bizi çox narahat edir

ÜST: Siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir, bu, bizi çox narahat edir

Tarix: 19 Dekabr 2019 18:04

"Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri -infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru Ivo Rakovac deyib.

Onun sözlərinə görə, siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir:

"Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi çox narahat edir. Son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı sayda böyük dəyişiklik olmayıb. Amma bir çox Avropa ölkələrində siqaret çəkənlərin sayında azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik".

ÜST rəsmisi hesab edir ki, Azərbaycanda alkaqol istehlakı böyük problem hesab olunmur.


Etiketlər:  ÜST Siqaret çəkən kişilərin sayı təqribən faizdir bizi çox narahat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ